"Prezident İlham Əliyev Azərbaycan xalqının arzularını reallığa çevirən liderdir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, Vətən müharibəsi və post-konflikt dövründə liderlik keyfiyyətləri, sərkərdəlik fəaliyyəti, diplomatik məharəti, dəqiq hesablanmış strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə olan xalq məhəbbətini daha da artırıb: “Siyasi müdrikliyi ilə hər zaman seçilən Prezident İlham Əliyev Ali Baş Komandan kimi xalqın etimadını doğrultdu, 44 gün davam edən Vətən müharibəsində həm də mahir sərkərdə, strateq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı öz taleyini vaxtında məhz Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Prezident İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və müasir cəmiyyət konsepsiyasının ardıcıl şəkildə reallaşdırılmasını, əhalinin rifah halının daha da yüksəldilməsini təmin etmək məqsədi daşıyır”.
C. Məmmədov qeyd edib ki, Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə bütün region yeni reallığa qədəm qoyub. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin post-konflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir: “Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Bu hava limanı cəmi 8 ay ərzində inşa olunub. Müharibədən sonrakı dövrdə qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə daha iki hava limanının tikintisinin nəzərdə tutulması, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər İlham Əliyevin formalaşdırdığı yeni reallığın konturlarını aydın göstərir”.
Deputat xatırladıb ki, son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə - Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan və Qubadlıya 8 dəfə səfər edib. Bundan başqa, dövlət başçısı Vətən müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış Bərdə və Tərtərin müxtəlif yaşayış məntəqələrində olub: "Dövlət başçısının səfərlərin əsas məqsədi bərpa və və yenidənqurma işləri ilə yerində tanış olmaq, tapşırıqlar vermək, prosesi şəxsi nəzarətdə saxlamaq, işlərin yüksək sürət və keyfiyyətlə, müasir yanaşma və meyarlar nəzərə alınmaqla aparılmasını təmin etməkdir. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin müəllifidir. Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir, Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayıb. Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunələr göstərirlər. Bir sözlə, Prezident İlham Əliyev Azərbaycan xalqını inamla gələcəyə doğru aparan, xalqın rəğbət bəslədiyi və ardınca getdiyi Liderdir”.
Deputat: “Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yeni mənzərəsinin müəllifidir”
© APA | Milli Məclisin deputatı Ceyhun Məmmədov
Daxili siyasət
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib - FOTO
Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib
Qubada 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB
Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
Xəbər Lenti
"AzInTelecom" kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik təşkilata üzv qəbul edilib
Ədliyyə Nazirliyi: 48 şəxsin Azərbaycana ekstradisiyası təmin edilib, 20 nəfər isə xarici ölkələrə təhvil verilib
Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib
Xətaidə şəhər həyatı və geniş yaşıllıq bir arada: Highland Residence-də yaşayış necədir?
Azərbaycan media nümayəndələri Özbəkistanda “Amirsoy” kurortunu ziyarət edib - FOTO
Qubada bağ sahəsində yanğın söndürülüb - FOTO - YENİLƏNİB
ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib
"Sabah"-"Hapoel" matçına 15 min bilet satılıb
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
Birbank Biznes kartları sahibkarlar üçün mədaxil limitlərindən istisnadır
“Mastercard”ın Azərbaycan üzrə keçmiş rəhbəri Şərqi Avropa regionuna prezident təyin olunub
Azərbaycanın sərhəd-keçid məntəqələrində yük maşınlarının növbəsi ilə bağlı son vəziyyət açıqlanıb
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Azərbaycan jurnalistləri "Sea Breeze Uzbekistan” turizm layihəsi ilə tanış olublar - FOTO
MEDİA: Respondentlərin 88,2%-i yaşı 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir - SORĞU
Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB - FOTO
Dövlət başçısı: Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb
KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxlayıb - VİDEO
Zakir Fərəcov növbəti səyyar qəbul keçirib - FOTO
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib
Daxili İşlər Nazirliyi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mürşüd Nərimanovun qalıqları İmişlidə dəfn edilib - FOTO
SN: Samuxda epidemioloji vəziyyət stabildir, qarayaranın əhali arasında yayılması müşahidə olunmur
Prezidentin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyev: Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur
Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir
Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir
Prezident: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır
Dövlət başçısı: Azərbaycan-Özbəkistan iqtisadi-ticari əməkdaşlığı sürətli inkişaf dinamikası nümayiş etdirir
Prezident: Azərbaycan-Özbəkistan münasibətləri son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Vaqif Məhərrəmovun qalıqları Neftçalada dəfn olunub - FOTO
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Rəsmi Pekin: İrana qarşı sanksiyalar və təzyiq problemin həllinə kömək etməyəcək
FT: Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün "Starlink"in verilməsini dəstəkləməyib
Bu ay ünvanlı dövlət sosial yardımların və sosial müavinətlərin veriləcəyi tarix məlum olub
Zelenski: Ukrayna dronları Rusiyada sərhəddən 1600 km aralıda neft zavodunu və hərbi aerodromu vurub
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov Laçında dəfn olunub - FOTO
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
Qarşıdakı günlərdə hava sabit keçəcək, 41 dərəcəyədək isti olacaq
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib
AİH-nin idarəetməsində olan şirkətlər yüksək artım və ixrac göstəriciləri nümayiş etdirib
İcraçı direktor: Ən mühüm addımlardan biri Belçikanın Mərkəzi Afrika ölkələrindən üzr istəməsi olmalıdır
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılovun qalıqları Neftçalada dəfn olunub - FOTO
Dövlət Məşğulluq Agentliyi son iki ildə 189 min şəxsi işlə təmin edib
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
Avqustun pensiya ödənişi yekunlaşıb