Nazirlik 90 nəfər əlil şəxsi istirahət mərkəzinə göndərib

Nazirlik 90 nəfər əlil şəxsi istirahət mərkəzinə göndərib
# 01 may 2018 10:31 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istirahətə yola salınan şəxslər ölkəmizdə əlilliyi olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərin onlarda məmnunluq hissi doğurduğunu vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” qeyd olunan insanların cəmiyyətə inteqrasiyası, tibbi bərpa olunmalarına köməkliyin göstərilməsi, bədən tərbiyəsi və idmana cəlb edilmələri, asudə vaxtlarının təşkili, onların sosial müdafiəsinin gücləndirilməsi üçün cari ildə həyata keçirilməsi nəzərdə tutulan təbirləri əhatə edir. Əlilliyi olan şəxslərin istirahətə göndərilməsi də həmin Proqrama uyğun olaraq, onların asudə vaxtlarının səmərəli təşkili məqsədinə yönəlib.

Bu məqsədlə cari ildə 1 100 nəfərdən çox əlilliyi olan şəxsin respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR