Kamran İmanov: “Müraciətlərdə erməni plagiatlığını hər cəhətdən isbat edirik”

Kamran İmanov: “Müraciətlərdə erməni plagiatlığını hər cəhətdən isbat edirik”
# 01 mart 2017 10:08 (UTC +04:00)

“Hər bir erməni plagiatlığına, mənimsəməsinə qarşı etiraz olmalıdır”.

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. Bu kimi hallarla bağlı agentliyin mütəmadi olaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına etirazlar göndərdiyini deyən K. İmanov əlavə edib ki, etirazlarda erməni plagiatı ilə razı olmamağımız göstərilir: “Hər zaman erməni plagiatlığını hüquqi, etimoloji və tarixi cəhətdən isbat edirik. Müxtəlif hallarla bağlı məktublarımızı göndərdiyimiz beynəlxalq təşkilatın isə hüquqi mexanizmləri yoxdur. Sadəcə, Azərbaycanın etirazı qəbul olunur, onların arxivlərində qalır və qarşı tərəfə çatdırılır. Müəllif Hüquqları Agentliyinin bütün dünyaya yayılan müxtəlif kitabları - “Erməni oğurluqlarının antologiyası”, “Yadelli nağılları” var. Bütün bu və ya digər mənbələrdə erməni plagiatlarının əsassız olduğu göstərilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR