Moskvada “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək

Moskvada “İpək yolu”  İkinci Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək
# 07 sentyabr 2015 16:33 (UTC +04:00)

Moskva.Fərid Əkbərov – APA. Senbtyabrın 14-də Rusiya paytaxtında “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, forumda 16 ölkənin, Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin, o cumlədən Azərbaycanın nümayəndələri iştirak edəcəklər.

Forumun əsas mövzusu “Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində əməkdaşlıqda birgə layihələrin işlənilməsi”dir. Forumun yekununda dövlətlərarası yeni strukturun- “İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı”nın yaradılması haqqında saziş imzalanacaq.

Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların “Bizim yolumuz arzularadır” («Naş putğ k meçte») adlı sərgisi də keçiriləcək.

Qeyd edək ki, “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR