Azərbaycanla Dağıstan aqrar sahədə bir layihə reallaşdırmağı planlaşdırır

Azərbaycanla Dağıstan aqrar sahədə bir layihə reallaşdırmağı planlaşdırır
# 31 oktyabr 2016 08:31 (UTC +04:00)

Azərbaycanla Dağıstan ticarət və aqrar sahələrdə bir sıra layihələrin reallaşdırılmasını planlaşdırır. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Dağıstanın rəhbəri Ramazan Abdulatipov bildirib.

R. Abdulatipov qeyd edib ki, Azərbaycan tərəfi gələn ilin mart ayınadək Xaçmazda Dağıstan istehsalı olan məhsulların satışını həyata keçirəcək mağazanın açılışına razılıq verib. "Analoji mağaza Dərbənddə də açılacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin iştirakı ilə Dağıstanda fındıq istehsalı müəssisənin yaradılması üzərində iş gedir: "Bu cür müəssisələr çox olmalıdır. Bununla biz aqrar-sənaye kompleksimizi inkişaf etdirə bilərik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Dağıstan Azərbaycan-Rusiya münasibətlərində baza regionu olmalıdır. Digər tərəfdən İlham Əliyev respublikalarımız arasında sıx əməkdaşlığın vacibliyini qeyd edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR