"Fitch" Azərbaycan üzrə reytinqini sabit saxlayıb

"Fitch" Azərbaycan üzrə reytinqini sabit saxlayıb
# 25 fevral 2017 07:21 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli reytinqini "BB+" səviyyəsində saxlayıb. "APA-Economics" reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz neqativdir.


Bildirilir ki, Azərbaycan hökumətinin aşağı səviyyəli borcu reytinqin sabit saxlanılmasında əsas rol oynayıb. Agentlik qeyd edir ki, Azərbaycan hökuməti neftin yüksək qiymətə satıldığı vaxtda əldə olunan gəlirlərin qorunub saxlanılmasına nail olub.

Reytinq üzrə proqnozun neqativ olmasına gəlincə, bildirilir ki, maliyyə sektorunun yenidən təşkil olunduğu bir vaxtda makroiqtisadi risklər qorunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR