Azərbaycanda bu il 374 nəfər İİV-ə yoluxub

Azərbaycanda bu il 374 nəfər İİV-ə yoluxub
# 14 oktyabr 2016 14:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlananların sayı 374 nəfərdir.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb. İİV-ə yoluxanlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbidir.

Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkarlandığı 1988-ci ildən 1 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6003 nəfər qeydiyyata götürülüb. Onlardan 5803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4459-u (74,3%) kişi, 1544-ü (25%) qadındır. İİV-ə yoluxması təsdiq olunmuş 6003 nəfərdən 2885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi (İNİ) nəticəsində baş verib, onlardan 2135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.

Oktyabrın 1-i tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 3346 nəfər təşkil edib. Onların da 1561 nəfəri İNİ – olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 386 pasiyentdən, 102 nəfərində İNİ aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR