İraq prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib

İraq prezidenti Azərbaycanın dövlət başçısına məktub göndərib
# 24 may 2018 17:20 (UTC +04:00)

İraq prezidenti Fuad Məsum Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

“Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu. Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm. Fürsətdən istifadə edərək, İraq Respublikasının ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əlaqələri xalqlarımızın mənafeyi naminə inkişaf etdirmək və möhkəmləndirmək istəyini bir daha vurğulayıram. Möhtərəm cənab Prezident, Sizə davamlı uğurlar və möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR