Cari ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 10 mln. 252,8 min dollar dəyərində dərman vasitələri idxal edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş dərman vasitələrinin həcmi 678 ton təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan dərman vasitələrinin idxalı məbləğ baxımından 1,9 dəfə, həcm baxımından isə 1,8 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 mln. 268,1 min dollar dəyərində 363,9 ton həcmində dərman vasitələri idxal edib.
Azərbaycan Gürcüstandan dərman idxalını 2 dəfə artırıb
21 may 2018 10:18 (UTC +04:00)