Bank Of Baku

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib - VİDEO - YENİLƏNİB

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib - VİDEO  - YENİLƏNİB
# 15 avqust 2021 03:00 (UTC +04:00)

Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 304-ə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.

Təxminən, 1800 nəfərin yaralandığı bildirilir. 

Qeyd edək ki, hökumət ölkədə bir aylıq fövqəladə vəziyyət tətbiq edib.

***

14 avqust, saat 23:48

Ötən gün Haitidə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 227-yə yüksəlib.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki müdafiə idarəsi məlumat yayıb.

Qeyd edək ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.

Zəlzələnin episentri Seynt-Luis-du-Sud şəhərinin 12 km şimal-şərqdə 13 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə xəbərdarlıq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR