Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib
# 04 fevral 2020 09:09 (UTC +04:00)

Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,51% – 28 399,81 bəndədək, Nasdaq indeksi 1,34% – 9 273,40 bəndədək, S&P 500 indeksi isə 0,73% – 3 248,92 bəndədək yüksəlib.

"APA-Economics"in məlumatına görə, Avropa fond bazarlarında fevralın 3-də FTSE 100 indeksi 0,55% – 7 326,31 bəndədək, Fransa CAC-40 indeksi 0,45% – 5 832,51 bəndədək, Almaniya DAX-ı isə 0,49% – 13 045,19 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,72% azalaraq 1 579 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,28% azalaraq 1,1058 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR