Şəhid və yaralıların ailələrinə baş çəkilib

Şəhid və yaralıların ailələrinə baş çəkilib
# 31 dekabr 2016 13:46 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təsdiq olunmuş plan uyğun ictimaiyyət nümayəndələrinin iştirakı ilə hərbi hissələrə səfərlər, muzey və abidələrə ekskursiyalar təşkil edilib, eləcə də müxtəlif bayram konsertləri, viktorinalar, mədəni-kütləvi vətənpərvərlik və idman tədbirləri keçirilib.

Müdafiə nazirinin tapşırığına əsasən, bütün hərbi hissələrin komandanlıqları və şəxsi heyəti bayramlarla əlaqədar şəhid və yaralıların ailələrinə baş çəkib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR