SOCAR ötən ay BTC ilə neft nəqlini azaldıb

SOCAR ötən ay BTC ilə neft nəqlini azaldıb
# 09 yanvar 2017 09:04 (UTC +04:00)

2016-cı ilin dekabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 386 min 450 ton Azərbaycan nefti nəql olunub. SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 3,05% azdır.


Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 mln. 862 min 673 ton neft ötürülüb ki, bu da 2015-ci illə müqayisədə 0,09% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər BTC-yə 321 mln. 538 min 62 ton neft vurulub. Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR