Kamçatka sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərindən 167 km cənub-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan olunmayıb.