Ağstafa sakini özünü güllələyib

Ağstafa sakini özünü güllələyib
# 04 oktyabr 2017 12:14 (UTC +04:00)

Ağstafa sakini ov tüfəngi ilə özünə atəş açıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR