Proqnoz: Trampın prezidentliyi dövründə ÜDM, inflyasiya və uçot dərəcəsi artacaq

Proqnoz: Trampın prezidentliyi dövründə ÜDM, inflyasiya və uçot dərəcəsi artacaq
# 14 noyabr 2016 12:29 (UTC +04:00)

ABŞ iqtisadiyyatı Donald Trampın prezidentliyi dövründə yeni eraya qədəm qoyacaq. "APA-Economics" xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.


Nəşr yazır ki, D. Trampın siyasəti ABŞ-ın iqtisadi artım templərini sürətləndirə bilər ki, bunun nəticəsində inflyasiya və uçot dərəcəsi artacaq. Qəzetin sorğu keçirdiyi ekspertlər hesab edir ki, D. Trampın prezidentliyi dövründə yeni risklər də yaranacaq və bunların əsasını beynəlxalq ticari müharibələr təşkil edəcək.

Ekspertlər gözlənilən iqtisadi artımı D. Trampın seçkiöncəsi açıqlamaları ilə izah edir. Əsas diqqət vergilərin azaldılacağına və infrastruktura yatırılan investisiyaların artırılacağına yönəlib.

Analitiklərin konsensus-proqnozu ondan ibarətdir ki, ABŞ iqtisadiyyatı 2017-ci ildə 2,2%, 2018-ci ildə isə 2,8% artacaq. Onların fikrincə, buna büdcə stimullaşdırılması nəticəsində nail olmaq olar. Son 12 ay ərzində ABŞ-da iqtisadi artım tempi 1,5% səviyyəsindədir.

Ekspertlərin proqnozlarına görə, 2017-ci ildə inflyasiya 2,2%, 2018-ci ildə isə 2,4% olacaq.

Sorğu 57 elmi işçi, maliyyəçi, biznesmenlər arasında keçirilib.

İqtisadçı Meqan Qrin hesab edir ki, D. Trampın xarici siyasət və immiqrasiya sahəsində atmaq istədiyi addımlar ABŞ iqtisadiyyatına ciddi zərər verə bilər: "Lakin vergilərin azaldılması və infrastruktura yatırılacaq investisiyaların artırılması ilə bağlı vədlər optimizm yaradır. Düzdür, onların reallaşdırılması bir qədər vaxt aparacaq, çünki burada Konqresin razılığa lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR