Vəkil Elçin Sadıqov barəsində olan intizam icraatına xitam verilib - YENİLƏNİB

Vəkil Elçin Sadıqov barəsində olan intizam icraatına xitam verilib - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2017 16:08 (UTC +04:00)

Vəkillər Kollegiyası Rəyasət Heyəti vəkil Elçin Sadıqovla bağlı şikayətə baxıb.

Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, iclasda bildirilib ki, onun barəsində olan şikayət əsassızdır.

E. Sadıqov barəsində olan intizam icraatına xitam verilib.

Qeyd edək ki, bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

*** 16.54

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilir.


Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, iclasda bir sıra vəkillərlə bağlı daxil olan şikayətlərə baxılır.

Qeyd edək ki, bir müddət əvvəl Baş prokurorun birinci müavini Rüstəm Usubov 4 vəkil barəsində tədbir görülməsi üçün Vəkillər Kollegiyasına şikayət göndərib. Müraciətdə Nemət Kərimli, Əsabəli Mustafayev, Aqil Layic və Fəxrəddin Mehdiyevin adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR