Şəkiyə bacısıgilə qonaq gələn qadın intihara cəhd edib

Şəkiyə bacısıgilə qonaq gələn qadın intihara cəhd edib
# 19 oktyabr 2017 16:55 (UTC +04:00)

Şəkidə 45 yaşlı qadın intihara cəhd edib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, bu gün saat 17 radələrində Şəmkir rayonu Dəllər Cəyir kənd sakini, 1972-ci il təvəllüdlü Mehriban Aydınpaşa qızı Məsimova Şəki rayonunun Çeşməli kəndində qonaq gəldiyi bacısı evində baş örpəyi ilə özünü asaraq intihar etmək istəyib. 45 yaşlı Mehriban Məsimova son anda yaxınları tərəfindən xilas edilib. Qadın təcilli yardım maşını ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

M. Məsimova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR