“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri Cənub bölgəsinə göndərilib

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri Cənub bölgəsinə göndərilib
# 12 noyabr 2016 13:33 (UTC +04:00)

Binəqədi rayonunda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü əlaqədar “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirilib.

İcra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, aparatın şöbə müdirləri, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, milli qəhrəman Bəxtiyar Allahverdiyev, məktəb direktorları, valideynlər , məktəblilər, ASAN Könüllüləri və YAP Gənclər Birliyinin fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Aygün Əliyeva uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev və 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova isə “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub, məktəblilər 4 gün ərzində Lənkəran, Masallı və Astara rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR