Bakıda hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub

Bakıda hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub
# 11 sentyabr 2015 12:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində hədə-qorxu ilə pul almaqda şübhəli bilinən şəxs tutulub.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da Nəsimi rayonu ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Orxan Vəlizadəni bıçaqla hədələyərək 40 manatını və 2 ədəd mobil telefonunu alıb və hadisə yerini tərk edib.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Heydərov və Şəmkir rayon sakini Eyvaz Rzayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR