“İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 4 milyon manat ayrılıb

“İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 4 milyon manat ayrılıb
# 09 sentyabr 2015 15:18 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR