Mosulda İŞİD-in Rusiyadan olan iki komandiri məhv edilib

Mosulda İŞİD-in Rusiyadan olan iki komandiri məhv edilib
# 09 aprel 2017 03:54 (UTC +04:00)

İraq hərbi kəşfiyyatı Mosulda İŞİD-in Rusiyadan olan iki komandirinin məhv edildiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məlumata əsasən, terrorçular ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın endirdiyi aviazərbələr nəticəsində ölüblər.

Məlumata görə, İŞİD-in əcnəbi komandirlərinin olduğu avtomobil koalisiya təyyarələrinə tuş gəlib.

Zərbə nəticəsində üç komandir ölüb. Onlardan birinin milliyyəti rus olan Əbu Huzayfa, digərinin çeçen əsilli Əbu Tamara, üçüncüsünün isə əl-Mətyuti olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR