Qazaxda piyadanı avtomobil vurub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1937-ci il təvəllüdlü F. Mərdanovu vurub.
Xəstəxanaya yerləşdirilən yaralı orada keçinib.
Faktla bağlı araşdırma aparılır.