Paşha Bank
Bank Of Baku

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar aşkarlanıb
# 17 dekabr 2021 21:00 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR