Bakıdan Oğuza gəzintiyə gedən müəllim yolda qəfil ölüb

Bakıdan Oğuza gəzintiyə gedən müəllim yolda qəfil ölüb
# 25 iyul 2017 21:38 (UTC +04:00)

Bakıdan Oğuza gəzintiyə gedən müəllim yolda ölüb. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, bu gün Ağdam Rayon Təhsil Şöbəsinin Bakıda fəaliyyət göstərən 71 saylı məktəbin müəllim kollektivi Oğuz rayonuna gəzintiyə gedib. Onlar gəzintidən qayıdarkən məktəbin 59 yaşlı Qüvvət adlı hərbi rəhbəri yolda qəfil dünyasını dəyişib. Hadisə Qəbələ rayonu ərazisində baş verib.

APA-nın əldə etdiyi xəbərə görə, müəllimin həyatını itirməsinə səbəb ürək çatışmazlığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR