Prokuror dostunu qətlə yetirən şəxsə 20 il həbs cəzası istəyib

Prokuror dostunu qətlə yetirən şəxsə 20 il həbs cəzası istəyib
# 07 noyabr 2016 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədə təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini deyib.

O, V. Şirinova 20 il həbs cəzası istəyib.

Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Məhkəmə prosesi noyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi dostu V. Şirinov tərəfindən güllələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR