Bakıda Misirin milli bayramı qeyd edilib

Bakıda Misirin milli bayramı qeyd edilib
# 13 iyul 2018 18:15 (UTC +04:00)

Bakıda Misirin milli bayramına həsr olunmuş rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər.

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim Şanlı iyul inqilabının 66-cı ildönümünün qeyd edildiyini deyib. Səfir Azərbaycanın inkişafı və daha da müasirləşdirilməsində əldə edilmiş irəliləyişi xüsusi qeyd edib.

O bildirib ki, Misir Azərbaycan arasında tarixən səmimi ikitərəfli əlaqələr olub:" Misir Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk ölkələr sırasında yer alır. İqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq istiqamətində bir-birimizin səylərimizi dəstəkləyirik".

Milli Məclisin sədr müavini Bahar Muradova əvvəlcə Misir xalqını və dövlətini Azərbaycan hökumət rəhbərliyi adından təbrik edib. B.Murdova bildirib ki, Azərbaycanın Misirlə əlaqələri qarşılıqlı hörmətə əsaslanır: "İki ölkə arasında mövcud imkanlardan səmərəli istifadə üçün daha çox səylər göstərilməsi gərəkdir. Bunun üçün siyasi iradə göstərilməlidir. Biz iqtisadi-ticari əlaqələrin inkişafına xüsusi önəm veririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR