Cəzaçəkmə müəssisəsində qətl törədən şəxsə hökm oxunub

Cəzaçəkmə müəssisəsində qətl törədən şəxsə hökm oxunub
# 17 mart 2016 13:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində qətl törətməkdə təqsirləndirilən Famil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F.Hüseynov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci ildə Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib. Müəssisədə cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə olub. Nəticədə F.Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H.Əliyevi vurub. H.Əliyev aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR