"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb

"Stadler" Rusiya üçün nəzərdə tutulmuş 5 qatarı Azərbaycana satıb
# 15 aprel 2016 07:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Stadler Rail" konserni yaxın vaxtda Azərbaycana daha 2 dəmir yolu qatarı göndərəcək.

"APA-Economics" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu barədə konsernin mətbuat katibi Marina Vinder bildirib.

M. Vinder xatırladıb ki, ümumilikdə konsern Azərbaycana 5 qatar satıb. Bunlardan 3-ü I Avropa oyunları ərəfəsində təcili qaydada ölkəmizə göndərilərək "Azərbaycan Dəmir Yolları" QSC-nin sərəncamına verilib. Maraqlıdır ki, həmin 5 qatar ilk olaraq Rusiya üçün nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR