Con Kerrinin müavini Nikolas Maduronun dəvəti ilə Venesuelaya səfər edib

Con Kerrinin müavini Nikolas Maduronun dəvəti ilə Venesuelaya səfər edib
# 21 iyun 2016 23:56 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tom Şennon Venesuelaya səfərə yola düşüb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib. Onun sözlərinə görə, diplomat iyunun 21-də yola düşüb.

Səfərin məqsədi Venesuelanın sosial, iqtisadi və siyasi problemlərinin müzakirə olunmasıdır.

“O, dövlət katibinin göstərişi və Venesuela hökumətinin dəvəti əsasında, iki gün Venesuelada səfərdə olacaq”, - deyə Kirbi qeyd edib.

Kirbi qeyd edib ki, Şennon Venesuelada bir neçə yüksək vəzifəli şəxslərlə, müxalifət üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro bundan əvvəl ölkəsinin ABŞ hökuməti ilə münasibətləri nizamlamağa hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR