AZAL 8 Mart münasibəti ilə təbrik videoçarxı hazırlayıb

AZAL 8 Mart münasibəti ilə təbrik videoçarxı hazırlayıb
# 07 mart 2016 07:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) rəsmi “youtube” kanalında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrik videoçarxı yerləşdirib.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, videoçarxda təyyarə bələdçiləri, dispetçerlər, təhlükəsizlik xidmətinin əməkdaşları və aviakassalarda satış üzrə menecerlərin çətin işindən danışılır.

"AZAL mülki aviasiya sahəsində çalışan xanımların simasında bütün qadınları ürəkdən təbrik edir, onlara açıq səma, gözəl günlər və bahar əhval-ruhiyyəsi arzu edir!" - deyə təbrikdə deyilir.

Videoçarx ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.youtube.com/watch?v=Od-NsIcL2vk

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR