Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib

Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib
# 20 iyun 2016 10:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ötən il Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib.

APA-nın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Dövlət gəlirləri Komitəsinin açıqlamasında deyilir.

Məlumata əsasən, söhbət Bakıda keçirilən I Avropa oyunlarında iştirak etmiş güllə atıcılığı üzrə Ermənistan yığması üçün nəzərdə tutulmuş güllələrdən gedir.

Məlumata əsasən, ümumilikdə Azərbaycana gömrük qiyməti 84,55 dollar olan 5,6 kalibrli 400 güllə gətirilib.

2014-cü ildə isə Ermənistana Azərbaycan xalçası aparılıb. Bildirilir ki, 2014-cü ilin 15 oktyabr tarixində “Matenadaran” Qədim Əlyazmalar İnstitutu tərəfindən mədəni sərvət qismində ABŞ-dan Ermənistana 3,12 kv/metr ölçülü, qiyməti 596,45 dollar olan xalça aparılıb.

1940-50-ci ilə aid olduğu deyilən xalça Azərbaycan istehsalıdır və “Şəki-Şamaxı” xalçası adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR