Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
# 29 dekabr 2015 08:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı üzrə Baş İdarəsinin əməkdaşları ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

APA-nın Rusiya Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, saxlanılan şəxs saxta sənədlərlə Rusiya Federasiyası ərazisinə daxil olmağa cəhd göstərib. O, istintaqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR