Elektron imza sertifikatlarının istifadəçilərinin sayı 5% artıb

Elektron imza sertifikatlarının istifadəçilərinin sayı 5% artıb
# 09 mart 2016 10:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən “Elektron imza” kartlarından istifadə edənlərin sayı artıb.

"Elektron hökumət" portalından “APA-Economics”ə verilən məlumata görə, bu ilin 1 mart tarixinə olan statistikaya əsasən ümumən 82 068 elektron imza sertifikatı istifadəyə verilib. Bu da ötən ayla müqayisədə 5% artım deməkdir.



Məlumat üçün bildirək ki, fevral ayının 1-ə qədər istifadəyə verilən elektron imza sertifikatının sayı 78 286 təşkil edib.



Elektron imza sertifikatlarının ümumi sayından 51 730-i dövlət qurumlarının, 15 960-i fiziki şəxslərin, 14 378-i isə hüquqi şəxslərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR