BMT baş katibi Liviya və Tunisin liderləri ilə görüşüb

BMT baş katibi Liviya və Tunisin liderləri ilə görüşüb
# 29 mart 2016 04:29 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Qi Mun Liviya Milli Birlik hökumətinin nümayəndəsi Musa əl-Koni ilə görüşüb.

APA-nın məlumatına görə, baş katib nazirlər kabinetini qurmaq səlahiyyətində olan Liviyanın prezident Şurasının fəaliyyətini alqışlayıb.

“Prezident Şurası liderlik nümayiş etdirərək tezliklə Tripolidə milli birlik hökumətini yaratmalıdır”, deyə Pan Qi Mun qeyd edib.

Görüş BMT baş katibinin Tunisə səfəri çərçivəsində keçirilib. Tunis prezident Beji Kaid əs-Sebsi ilə görüşdə Pan Qi Mun deyib ki, Liviyadakı vəziyyət Tunisə mənfi təsir göstərir: “Bu həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə özünü büruzə verir”, deyə baş katib vurğulayıb. Görüşdə tərəflər həmçinin Tunisdə işsizlik problemini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR