Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 28 mart 2016 10:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, martın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 272 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 75 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Martın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Salyanda 10, Şirvanda 22, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2015-ci il martın 28-də 367 sm), Şirvanda 293 sm (2015-ci il martın 28-də 237 sm), Salyanda 247 sm (2015-ci il martın 28-də 193 sm), Bankədə 195 sm (2015-ci il martın 28-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2015-ci il martın 28-də 107 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR