Mahmud Vaezi: “İran bölgədə sabitlik və əmin-amanlığın olmasının tərəfdarıdır”

Mahmud Vaezi: “İran bölgədə sabitlik və əmin-amanlığın olmasının tərəfdarıdır”
# 05 aprel 2016 10:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İranın kommunikasiya və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında telefon danışığı olub.

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı M. Vaezi Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı təmkin nümayiş etdirməyə dəvət edib. O deyib ki, İran regionda və qonşuları arasında sabitlik və əmin-amanlığın olmasının tərəfdarıdır: “İran İslam Respublikası bütün gücündən istifadə etməyə hazırdır və mümkün olduğu qədər tez müddətdə toqquşmaların dayandırılmasına çağırır. Davam etməkdə olan toqquşmalar dağıntıya və insan itkilərinə gətirib çıxaracaq”.

Ş. Mustafayev də öz növbəsində İranın böhranın həll edilməsi və müharibənin dayandırılması ilə bağlı prinsipial mövqeyinə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR