Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər - FOTOSESSİYA - VİDEO

Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı Türk Şəhidliyini ziyarət ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 08:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə Cümhuriyyətinin qurulmasının 92-ci ildönümü münasibəti ilə bu gün Türkiyənin Azərbaycandakı səfirliyi Bakıdakı Türk Şəhidliyini ziyarət edib.

APA-nın məlumatına görə, Türkiyə səfirliyinin əməkdaşları, Türkiyədən gələn qonaqlar ziyarətə qatılıblar. Əvvəlcə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun şəhidlərin xatirəsinə açılmış dəftərə ürək sözlərini yazıb. Şəhidlərin Mustafa Kamal Atatürkün “ən böyük əsərim” dediyi Türkiyə üçün canlarından keçdiyi bildirilib: “Əziz şəhidlər, sizlər vətən torpağı uğrunda fədakarcasına cəbhədən cəbhəyə qaçdığınız günlərdə azadlığı və müstəqilliyi təhdid altında olan azərbaycanlı qardaşlarımızın da köməyinə gəlməyə tərəddüd etmədiniz. Azərbaycanda yazdığınız qəhrəmanlıq dastanı bu gün hər kəsin qəbul etdiyi “1 millət 2 dövlət” anlayışının ən əsas göstəricisidir. Siz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq bağlarının memarısınız. Azərbaycanın hər yerində olan qəbirləriniz əbədi qardaşlığımızın şərəf nişanıdır”.

Daha sonra səfir başda olmaqla səfirlik əməkdaşları Türk Şəhidliyində olan əsgərlərin qəbirləri önünə gül qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR