Yevlaxda saxta əsginaslar aşkarlanıb

Yevlaxda saxta əsginaslar aşkarlanıb
# 23 noyabr 2015 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlax rayonunda saxta əsginaslarla alver edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 21-də Ucar şəhər sakinləri Həsən Mirzəyev və Elşən Həsənov Yevlax Xətt Polis Şöbəsinə müraciət edərək həmin gün saat 03 radələrində Ucar dəmir yolu stansiyası ərazisində yerləşən köşkdə naməlum şəxsin onların hər birinə saxta 10 manatlıq əsginas verərək alver etməsini bildiriblər.

Yevlax Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Beyləqan rayon sakini Rəhim İbrahimov və Bakı şəhər sakini Elnur Baxşəliyev tutulub. Onlardan 1 ədəd saxta 1 manatlıq əskinaz, 1 ədəd beşbarmaq və 1 ədəd beşbarmağa taxılan xəsarət yetirici götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR