SOCAR Ceyhan limanı ilə neft ixracını azaldıb

SOCAR Ceyhan limanı ilə neft ixracını azaldıb
# 02 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin oktyabr ayında Ceyhan limanından 1 mln. 440 min 540 ton xam neft ixrac edib.

"APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 12,22% azdır.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində Ceyhan limanından isə 14 mln. 549 min 129 ton xam neft ixrac edilib. Bu, ötən ilin on ayı ilə müqayisədə 15,79% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR