İŞİD İraqda Türkiyə Ordusunun bazasına hücum edib, 17 terrorçu öldürülüb

İŞİD İraqda Türkiyə Ordusunun bazasına hücum edib, 17 terrorçu öldürülüb
# 08 yanvar 2016 09:48 (UTC +04:00)

Bakı-APA. İŞİD terrorçuları İraqda türkiyəli hərbçilərin bazasına hücum ediblər.

APA-nın NTV-yə istinadən xəbərinə görə, İraqın Mosul vilayətinin yaxınlığında yerləşən Başika hərbi bazasına hücum edən terrorçular xeyli itki verərək, geri çəkiliblər. Türk hərbçilərinin bazaya hücum edən 17 terrorçunu öldürdüyü bildirilir. Hadisə zamanı türkiyəli hərbçilərdən ölən və ya yaralanan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR