Gəncədə yeniyetməni avtomobil vurub

Gəncədə yeniyetməni avtomobil vurub
# 05 iyul 2016 08:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 13 yaşlı yeniyetməni maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 2003-cü il təvəllüdlü Hikmət Bağırov yaşadığı binanın qarşısında yolu keçmək istəyərkən Nicat Abdullayevin idarə etdiyi “VAZ 2107” tərəfindən vurulub. Yaralı dərhal Abbas Səhhət adına 1 saylı Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR