BMT Baş Assambleyasının 71-ci sessiyasının açılış mərasimi keçirilib

BMT Baş Assambleyasının 71-ci sessiyasının açılış mərasimi keçirilib
# 14 sentyabr 2016 08:55 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasının rəsmi açılış mərasimi keçirilib.

APA-nın BMT-yə istinadən verdiyi məlumata görə, sessiyaya Ficinin BMT yanındakı daimi nümayəndəsi Piter Tomson sədrlik edir. O, sessiyanın devizinin “Dayanıqlı inkişaf məqsədləri: Dünyanın dəyişməsi üçün qlobal səylər” olduğunu bildirib.

71-ci sessiya zamanı BMT-nin yeni baş katibi seçiləcək. Yeni baş katib 2017-ci il yanvarın 1-dən etibarən Pan Gi Munu əvəzləyəcək. Sessiyanın gündəliyinə 170 məsələ daxil edilib. Buraya Afrika ölkələrinin inkişafı, humanitar yardım, beynəlxalq hüququn inkişafı, Yaxın Şərqdə vəziyyət, beynəlxalq sülh və təhlükəsizlik, Fələstin, Əfqanıstan məsələsi və digər mövzular daxildir.

"Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri də Baş Assambleyanın 71-ci sessiyasının gündəliyinə salınıb.

Sentyabrın 20-dən etibarən isə siyasi müzakirələr başlayacaq. Bu müzakirələrdə 100 ölkənin ən yüksək səviyyədə iştirakı gözlənilir. BMT Azərbaycan, Fransa, Polşa, Misir, Sloveniya, Finlandiya, Böyük Britaniya, Çİn, Türkiyə, Yəmən və Əfqanıstanın toplantıda ən yüksək səviyyədə iştirak edəcəyini təsdiqlədiklərini açıqlayıb.

Siyasi müzakirələr sentyabrın 26-na qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR