Sığortaçılar kasko sığorta üzrə tarifləri artırmaq niyyətində deyil

Sığortaçılar kasko sığorta üzrə tarifləri artırmaq niyyətində deyil
# 25 yanvar 2016 10:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İndiki mərhələdə Azərbaycanda sığorta şirkətləri kasko sığorta üzrə tarifləri artırmaq niyyətində deyil.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, hazırda bununla bağlı müzakirə aparılmır: "İl yeni başlandığından tariflərə hələlik baxılmayıb. Gələcəkdə tariflərin artırılmasını istisna olunmur. Məsələn, avtomobillərin qiyməti arta bilər. Bildiyimiz kimi, kasko sığortası zamanı müştəri orta hesabla ümumi məbləğin 3%-ni ödəyir. Bir sözlə, avtomobillərin qiyməti artanda avtomatik qaydada kasko sığorta üzrə məbləğ də artır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR