"Unibank": Xarici investorlarımız devalvasiyadan narahatdır, amma onlara vəziyyəti düzgün izah edirik

"Unibank": Xarici investorlarımız devalvasiyadan narahatdır, amma onlara vəziyyəti düzgün izah edirik
# 06 yanvar 2016 08:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Manatın devalvasiyaya uğramasından sonra "Unibank" ASC-nin xarici səhmdarları bankın menecmenti ilə mütəmadi əlaqədə olur".

Bu barədə "APA-Economics"ə açıqlamasında "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

"Təbii ki, hər bir investor devalvasiya olan şəraitdə öz vəsaitindən, sərmayəsindən narahatdır. Əlaqədə olurlar, müəyyən suallar verirlər. Sadəcə olaraq sualları düzgün cavablandırmaq lazımdır və biz bunu edirik. Biz izah edirik ki, yatırılan sərmayə, vəsait itib-batmır. Onların vəsaitləri dollarladır və manatın devalvasiyası həmin sərmayəyə təsir etmir. Biz investorlarımızla sıx əməkdaşlıq edirik. Biz bu çətinlikləri 2008-2010-cu illərdə keçmişik. Dəyişilən iqtisadi şərait bizə tanışdır", - deyə F. Hüseynov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR