Azərbaycan ərazisində 2015-ci ildə on minə yaxın müşahidə kamerası quraşdırılıb

Azərbaycan ərazisində 2015-ci ildə on minə yaxın müşahidə kamerası quraşdırılıb
# 03 mart 2016 14:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. 2015-ci ildə Daxili İşlər Nazirliyinə dövlət büdcəsindən 412,6 milyon manat vəsait ayrılıb. APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci ilin fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, ayrılmış dövlət vəsaiti ilə xidməti istifadə üçün 274 avtomobil alınıb, həmçinin respublika üzrə 2540 nöqtədə 7813 kamera, Bakı Metropoliteni də nəzərə alınmaqla, bütövlükdə 2655 nöqtədə 9886 kamera quraşdırılaraq istifadəyə verilib: “Bunlardan Bakı şəhərində 1848 nöqtədə 5551 kamera quraşdırılıb. Nardaran qəsəbəsi ərazisində və ətrafında 15 nöqtədə 45 video-müşahidə kamerası, 3 nöqtədə nömrətanıma sistemi olmaqla, ümumilikdə 18 nöqtədə 51 video-müşahidə kamerası quraşdırılıb. Həmçinin 1000 ədəd əl metal detektoru, 41 ədəd elektomeqafon, 700 bort komputeri və onlar üçün 700 printer qurğusu, 700 planşet komputer, 700 video qeydiyyat qurğusu, 3000 Motorolla əl radiostansiya komplekti və onlar üçün 1000 ədəd batareya, 500 qulaqlıq, habelə 500 avtomobil radiostansiyası, 330 “İPatrol” mayak və 100 ədəd işıqlandırıcı və səs gücləndirici qurğu alınaraq istifadəyə verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR