Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu ilə görüşüb

Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu ilə görüşüb
# 27 aprel 2016 18:28 (UTC +04:00)

Bakı-APA. Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda görməkdən şad olduğunu deyib, bu Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR