Quldurluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Quldurluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 16 sentyabr 2016 14:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rafiq Həsənov və Sənan Kərimduxtun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər Ceyhun Məmmədovun evinə daxil olaraq onun əl-qolunu bağlayıb, evdən pul və qızıl-zinət əşyaları aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR