Lavrov: "Ankara terrorçuların hərəkət trafiki məsələsində Rusiya ilə əməkdaşlığa həvəs göstərmir"

Lavrov: "Ankara terrorçuların hərəkət trafiki məsələsində Rusiya ilə əməkdaşlığa həvəs göstərmir"
# 27 noyabr 2015 15:49 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ərazisi ilə döyüşçülərin, o cümlədən Rusiya vətəndaşlarının hərəkət etdiyini, lakin Ankaranın Moskva ilə bu problemin həllinə həvəs göstərmədiyini bəyan edib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Lavrov suriyalı həmkarı Valid Muallimlə birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Türkiyədə artan terror təhlükəsindən ciddi narahat olduğunu bildirib.

"Bu birbaşa Rusiyanın və vətəndaşlarımızın təhlükəsizliyi ilə əlaqəlidir. Türkiyə vasitəsi ilə müxtəlif istiqamətlərdə döyüşçülərin hərəkət trafiki həyata keçirilir. Təəssüflər olsun ki, Türkiyə hakimiyyəti vətəndaşlarımızla bağlı məsələnin həllinə həvəssiz yanaşır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR