AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb
# 08 aprel 2016 11:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb.

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, 18-22 aprel tarixlərində baş tutacaq sessiyada ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada həbsi təcili məsələ kimi müzakirə ediləcək.

Həmçinin sessiyada Avropa Şurası İnsan Haqları komissarı Nils Mujnieksin çıxışı dinləniləcək.

Aprelin 19-da isə AŞPA-da Türkiyə baş naziri Əhməd Davudoğlu çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR